Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı

    Naxçıvanın Muxtariyyəti tarix səhifələrinə qızıl hərflərlə yazılacaq uğurlu bir yol keçmişdir.Onun tarixi taleyi 1921-ci ildə imzalanmış 2 mühüm beynəlxalq sənəd -Moskva və Qars müqavilələrində öz həllini tapmışdır.Azərbaycan diplomatiyası,ən əsası naxçıvanlıların qətiyyəti nəticəsində Naxçıvana qarşı hazırlanan xain planlar iflasa uğradı.

    Ağır tarixi proseslərdən sonra 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçvan SSR-in  yaranması haqqında dekret imzaladı.

    Tədbirdə Təlim-Tərbiyə işləri üzrə direktor müavini  Həməşəxanım Bayramova,təşkilaçı Elnarə Kərimova,tarix müəllimləri Şahnaz Dadaşova ,Vəsilə Əliyeva    və 7,9,10cu sinif şagirdləri iştirak etdilər.

    Tədbir 7-ci sinif qızlarının ifasında “Naxçıvani ” rəqsi ilə başladı. 9-cu sinif şagirdlərinin hazırladığı videoçarx nümayiş etdirildi.10-cu sinif şagirdlərinin ifasında Naxçıvanın təbiəti,qəhrəmanları haqqında şeirlər ifa olundu.

Tarix müəllimi Şahnaz Dadaşova 1990-cı il 17 noyabr tarixində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Muxtar Respublikanın parlament sessiyasında Muxtar Respublikanın adından sovet sosialist sözünün çıxarilması ,ADR 3 rəngli Bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında məlumat verdi.O,həmçinin Naxçıvanın bugün dinamik inkişaf edən qədim Azərbaycan torpağı,türk yurdu olduğunu vurğuladı.2020-ci ildə 44 günlük Vətən müahirbəsi zamanı Naxçıvanın igid övladları şanlı zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi