Tarix müəllimi Yalçın Quliyev tərəfindən “Azərbaycanda ilk müstəqil xanlıq” mövzusunda açıq dərs təşkil edilmişdir

Tarix müəllimi Yalçın Quliyev tərəfindən “Azərbaycanda ilk müstəqil xanlıq” mövzusunda açıq dərs təşkil edilmişdir. Açıq dərsdə məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bahar Ələkbərova, Həmişəxanım Bayramova və informatika müəllimi Anar Əlisoy iştirak etmişdir.
Açıq dərs interaktiv təlim üzərindən təşkil edilərək şagirdlər qruplara ayrılmış,müvafiq tapşırıqlar verilmiş, tədqiqat işi təqdim edilərək müzakirə edilmişdir.Fəaliyyət idarəetmə və öyrətmə baxımından uğurlu olmuş və subyekt-subyekt əlaqələri üzərindən təşkil edilmişdir, tətbiq edilmiş üsullar şagirddə tənqidi məntiqi və yaradıcı təfəkkürün inkişafı baxımından əhəmiyyətli olmuşdur. Şagirdlərimizə öyrənmə yolunda uğurlar arzulayırıq!