Yazıçı-publisist Əlisəfa Azayeb ile görüş keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabelində olan Xəzər rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar və Yurnalistlər birliyinin üzvü, yazıçı-publisist Əlisəfa Azayev ilə görüş keçirildi.
Tədbirdə 121,149 və 218 saylı məktəbin kitabxana müdirləri,Mərkəzi kitabxananın fəal oxucuları iştirak etdilər. Görüşdə Əlisəfa Azayevin həyat və yaradıcılığı haqqında maraqlı fikirlər söylənildi. 121 saylı tam orta məktəbin kitabxana müdiri Gülnarə xanım İmanverdiyeva çıxış etdi. O, Yazıçı Əlisəfa Azayev ilə olan görüşün əhəmiyyətindən danışdı. Belə tədbirlərin keçirilməsi şagirdlərin təlim-tərbiyəsinə, vətənpərvərlik ruhunda yetişdirilməsinə böyük töhvə verəcəyini vurğuladı. Bildirdi ki, hər bir şagird, qəhrəmanın obrazında özünü görür və ona oxşamağa çalışır “Ataların yolu oğulların yoludur”-təfəkkürü Qarabağ müharibəsində özünü mübariz şəkildə göstərmişdir. Bu səpkidə olan görüşlərin çox böyük əhəmiyyəti vardır.