“Novruz adət-ənənələri” adlı tədbir keçirildi

14.03.2017 tarixində 2”d” sinif şagirdlərinin iştirakı ilə “Novruz adət-ənənələri” adlı tədbir keçirildi.Tədbirə Ümid uşaq evinin məktəbliləri də dəvət olunmuşdu. 2”d” sinif şagirdləri milli rəqslər ifa etdilər,Azərbaycan filmlərdən epizodik səhnələr nümayiş etdirdilər,Novruz adət-ənənələri haqqında geniş məlumat verdilər.Sonda hamıya sulh,əmin-amanlıq arzu edərək, sülh rəmzi olan göyərçini səmaya uçurdular.