“Yaşıl şəbəkə” müsabiqəsi keçirildi

“Ekologiya və sağlamlıq”layihəsi çərçivəsində şagirdlərin ekoloji maarifləndirməsi, təbiətəsevgi və maraqlarının artırılması sahəsində məktəbdə işlər davam etdirilir.Belə ki,II-XI sinifşagirdlərinə “Yaşıl şəbəkə” müsabiqəsinin sonuncu çərşənbə günü keçirilməsi ilə bağlı tapşırıqverilmişdi.Şagirdlər bu tapşırığın yerinə yetirilməsinə mart ayının əvvəlindən start verdilər.14 mart 2017-ci il tarixində məktəbli şagirdlərimizin “Yaşıl şəbəkə”si müsabiqəsi keçirildi.Məktəbin daxilində olan bütün dəhlizlər,foyelərdə şagirdlərin təbiətlə bağlı hazırladıqlarıdibçəklər,güllər,eksponatlar və əldə edib müsabiqəyə gətirdikləri canlılar nümayiş etdirildi. Müsabiqə bayram ərəfəsində olduğu üçün şagirdlərin milli adət və ənənələrimizin nümunələrindənIstifadə etmələri,müsabiqənin daha da maraqlı keçməsinə səbəb oldu.Müsabiqənin sonundaöz bacarıqları ilə fərqlənən siniflər rəhbərlik tərəfindən rəğbətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi