Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “dəyirmi masa”keçirildi

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi hər il əsl el məhəbbəti,minnətdarlıq hissi ilə qeyd edir.Tarixə öz adını əbədi həkk etmiş Heydər Əliyevin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir.O,öz xalqının taleyini dəyişdirən,onu dünyanın qabaqcıl xalqları sırasına çıxaran Böyük azərbaycanlı idi.
Heydər Əliyevin mənalı və zəngin ömrünə həsr olunmuş anım günü tədbirində məktəbin Təlim Tərbiyə işləri üzrə direktor müavinləri Həməşəxanım Bayramova,Ceyhun Əskərov ,təşkilatçı Elnarə Kərimova,tarix muəllimləri Şahnaz Dadaşova,Sürayə Bayramova və 8c sinif şagirdləri iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Şahnaz Dadaşova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ictimai,iqtisadi və mədəni həyatında gördüyü işlərin bəhrəsini verdiyini vurğuladı.
Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev missiyası”adlı videoçarx nümayiş etdirildi.Söz 8-ci sinif şagirdlərinə verildi.Onlar , Ümummilli liderin təhsil,səhiyyə,ordu quruculuğu,azərbaycançılıq məfkurəsi haqqında öz biliklərini bölüşdülər.
Sonda Ümummilli liderin layiqli davamçısı İlham Əliyevin siyasətindən söhbət açıldı.