Heydər Əliyevin "Anım Günü" ilə bağlı tədbir keçirildi

    İbtidai sinif  Həsənova Kəklik müəllimin təşkilatçılığı və 2 e  sinifinin iştirakı  ilə 12 dekabr  Heydər Əliyevin "Anım Günü" ilə bağlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi ilə başladı.Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir(1) dəqiqəlik sükutla yad edildi.Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə  əsk-etdirən formatda,şeir və videoçarxların nümayiş edilməsi ilə davam etdi.
    Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki,  tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə  çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə,  insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Bu şəxsiyyətlər sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan,bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb və tarixini müəyyənləşdirib.
    İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür.Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq,qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu.Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb və möhkəmləndi.
    Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. 
    Tədbirin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar müəllimə söz verildi.Bahar müəllim müstəqil Azərbaycanın qurucusu  Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini  əsk etdirən belə tədbirlərinin keçirilməsinin şagirdlərdə milli-vətənpərvərlik hissinin aşılanmasında önəmli olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi