7-ci siniflər arasında bilik yarışı keçirilmişdir

Tarix fənn aylığı çərçivəsində 7-ci siniflər arasında bilik yarışı keçirilmişdir. Yarışda tarix müəllimləri Vəsilə Əliyeva, Könül Əliyeva, Sürəyya Bayramova, Yalçın Quliyev və 7ç -Bayraq, 7c-Xarıbülbül, 7ə-Bozqurd komandaları iştirak etmişdir. Müəllimlər tərəfindən 10 sual səsləndirilmiş və doğru cavablar 1 balla dəyərləndirilmişdir.
Suallar şagirdlərdə məntiqi və tənqidi təfəkkürün inkişafı və dünya görüşünün artırılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Yarışın nəticəsində 7ç sinifi qalib olmuş və diplomla təltif edilmişdir.Şagirdlərimizə öyrənmə yolunda uğurlar arzulayırıq!