“Healthy and Unhealthy food” mövzusunda dəyirmi masa təşkil olundu

İngilis dili fənn aylığı çərçivəsində məktəbin ingilis dili müəllimi Mehdiyeva Pərvanə tərəfindən “Healthy and Unhealthy food” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada 6 –cı sinif şagirdləri iştirak etdilər. Dəyirmi masada şagirdlər ümumiyyətlə sağlam və qeyri- sağlam həyat tərzi haqqında fikirlərin bölüşdülər. Eyni zamanda onlar hansı qidaların insan həyatına faydalı, hansıların zərərli olduğu barədə müzakirə apardılar. Mövzu barədə onlar öz fikirlərin sərbəst şəkildə ingilis dilində ifadə etməyi bacardılar.
Tədbirdə təlim tər.işləri üzrə direktor müavini Həməşəxanım Bayramova, metodbirləşmə sədri Günel Bayramova və digər müəllimlər iştirak etdilər.