Konstitusiya gününə həsr olunmuş “Hüquqlarımızı bilək !” adlı "Dəyirmi Masa” keçirildi

    1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi -referendum yolu ilə müstəqil və suveren Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət və hüquq tarixinin şanlı səhifələrindən biridir.

    Milli  dövlətin formalaşması,hüquq sisteminin,qanunvericiliyin inkişafında ,insan hüquq və azadlıqlarının  təmin olunmasında Konstitusiyanın rolu əvəzedilməzdir.

    Konstitusiya gününə həsr olunmuş “Hüquqlarımızı bilək !” adlı “Dəyirmi masa”  Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Tarix müəllimi Şahnaz Dadaşova ,Təlim -Tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əskərov,təşkilatçı  Elnarə Kərimova və 9-cu sinif şagirdləri əsas qanunla bağlı bildiklərini bölüşdülər.Tarix müəllimi Şahnaz Dadaşova Konstitusiyasının  qəbulunda və layihəsinin hazırlanmasında  ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs etdi.Azərbaycan dövlətçiliyi tarixində Konstitusiyanın qəbul edilməsinin müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev     1996-cı il 12 noyabr tarixində Konstitusiya gününün qeyd edilməsi haqqqında fərman imzaladı.

 9-cu sinif şagirdləri Elnur Zərbəliyev,Elmir Ovçuyev,Səma Məmmədova,Turan Vəlili konstitusiyada verilən insan hüquq və azadlıqlarından bəhs etdilər.9ç  sinif şagirdi Nailə Əliyeva tərəfindən hazırlanmış slayd nümayiş etdirildi.Selcan Rzayeva Azərbaycanda  qəbul edilən konstitusiyaların tarixindən danışdı.Günay Aslanova,Rüqəyya Mikayılova ,Zəhra Bağırli hüquq və azadlıqlardan bilavasitə irəli gələn vəzifələri qeyd etdilər.Sonda Ceyhun Əskərov şagirdlərə öz təşəkkürünü bildirərək,hüquq və vəzifələrin öyrənilməsinin əhəmiyyətindən bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi