8 noyabr "Zəfər günü" və 9 noyabr "Dövlət Bayraq günü" ilə əlaqədar olaraq məktəbin tarix müəllimləri tərəfindən "ZƏFƏR BAYRAĞI" adlı tədbir keçirildi

    8 noyabr "Zəfər günü" və 9 noyabr "Dövlət Bayraq günü" ilə əlaqədar olaraq məktəbin tarix müəllimləri tərəfindən "ZƏFƏR BAYRAĞI" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Sonra bu zəfəri bizə yaşadan,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini 1(bir) dəqiqəlik sükutla yad edildi.Tədbirdə ilk olaraq  məktəbin direktoru Zaur müəllim çıxış etdi.O,çıxışında Zəfər günün tariximizdə əhəmiyyəti və bu günün keçirilməsinin şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolu haqqında fikirlərini qeyd etdi.
    Zəfər tarixinin tarixi həqiqətləri haqqında daha geniş məlumatı məktəbimizin tarix müəllimi Yalçın müəllim verdi.
    Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu.Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Belə qəhrəmanlardan biri də məktəbimizin şəhidi olmuş Qurbanəli Quluzadənin bacısı 6ç sinif şagirdi Rəhiməxanım Quluzadə tədbirdə iştirak edərək şeir söyləmişdir.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
    QARABAĞ BİZİMDİR!!! QARABAĞ AZƏRBAYCANDIR!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi