“ A world of Technology” mövzusunda açıq dərs keçirilmişdir

İngilis dili müəllimi Məhərrəmova Samirənin rəhbərliyi ilə “7 Ç” sinfində “ A world of Technology” mövzusunda açıq dərs keçirilmişdir.Dərsdə məktəbin direktoru Yusifov Zaur,Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ələkbərova Bahar, Əsgərov Ceyhun,Metodbirləşmə sədri Bayramova Günel iştirak etmişdir.Nümuməvi dərs metodiki və pedaqoji hazırlıq baxımından kurikulum proqramına tam uyğun idi.Şagirdlər qruplara bölünərək təqdimatlarla çıxış etdilər.Nümunəvi dərs məktəb rəhbərliyi tərəfindən müzakirə edildi və metodik tövsiyələr verildi.