Bullinqlə mübarizə istiqamətində müəllimlər ilə maarifləndirici iclas təşkil edildi

Məktəblilər arasında zorakılığın kiberbullinq, sosial bullinq, şifahi bulinq və fiziki bulinqin kimi bullinq növlərinin yayıldığı bir zamanda ,təhsil sistemində uşaqların təqib edilməsi problemi həm pedaqoqlar həmdə psixoloqlar üçün bu günki gündə çox aktual məsələlərdən biri olduğu səbəbindən məktəb psixoloqu Samirə Rzayeva müəllim heyyəti ilə maarifləndirici iclas təşkil etdi.
Psixoloq təhsilalanlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxaran bullinq hallarının qarşısının alınması ilə bağlı ,müəllimlərə bir sıra tövsiyələr verdi və bildirdi ki, şagirdlərin həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti təmin edilməlidir.Müəllim şagird münasibətlərinin düzgün tənzimlənməsi şagird şəxsiyyətini alçaldıcı sözlərdən istifadə etməməyi, şagirdlərə müraciyyət zamanı heç bir ləqəblər qoşmamağı şagirdlərin adları ilə onlara müraciət etmələrinin vacibliyini izah etdi.