“Milli mətbəximiz” mövzusunda tədbir keçirildi

7 mart 2017-ci il tarixində məktəbdə Texnologiya fənnindən “Milli mətbəximiz” mövzusunda tədbir keçirilimişdir. Tədbirdə Azərbaycan xalqının milli mətbəxinin ləziz nemətlərindən olan müxtəlif plov növləri, qutablar və şirniyyatlardan məlumat verilməklə şagirdlər tərəfindən hazırlanmış slaydların nümayişi də keçirildi.Tədbirin keçirildiyi tarix Yel çərşənbəsinə təsadüf etdiyindən, Novruz bayramının simvollarından geniş istifadə olundu. Şagirdlər tərəfindən hazırlanmış səməni və xonçalar süfrəni bəzəyən əsas nemətlərdən oldu. Videoçarxla yanaşı hazırlanmış şəkillərdə Azərbaycanın qədim süfrə mədəniyyəti, yemək və şirniyyat növləri haqqında geniş məlumat verildi. Bununla yanaşı, tədbirin iştirakçıları olan VI-IX sinif şagirdləri milli mətbəximiz haqqında öyrənbildikləri məlumatlarlı paylaşdılar.Tədbirin sonunda fənn müəllimləri Bayramova Bənövşə və Qəhrəmanova Ləman, direktor müavini Bayramova Həmişəxanım, təşkilatçı Kərimova Elnarə və digər müəllimlər tədbirin yüksək səviyyədə keçirilməsinə görə şagirdlərə uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi