Dəyirmi masa keçirildi

Məktəbdə Dövlət Müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş "Dəyirmi masa" keçirildi. İştirak edirdi tarix müəllimi Vəsilə Əliyeva, təşkilatçı Elnarə Kərimova, psixoloq Samirə Rzayeva, UBR Sevda Əliyeva və IX-XI sinif şagirdləri. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. V.Əliyeva 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan və 1991-ci ildə dövlət müstəqilliyinin yenidən bərpa olunması haqqında məlumat verdi.E.Kərimova vətənpərvərlik barədə danışdı.Sonra şagirdlər müstəqilliyimizin əldə olunması ilə bağlı geniş məlumatla çıxışlar etdilər.Sonda bununla bağlı videoçarx nümayiş olundu.