Beynəlxalq müəllimlər günü münasibətilə  tədbir keçirilmişdir

    Beynəlxalq müəllimlər günü münasibətilə  tədbir keçirilmişdir. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə məktəb rəhbərliyi beynəlxalq müəllimlər günü münasibətilə pedaqoji kollektivi təbrik  etdi, xoş arzularını bildirdi. Müəllim peşəsinin ucalığından, dövlət, vətən qarşısında vətəndaşlıq borcunu dərk edən layiqli övladların formalaşmasında müəllimlərin danılmaz əməyindən, sivil cəmiyyətin qurulmasında misilsiz rolundan bəhs edildi. Ötən tədris ilinin sonunda yaşla əlaqədar təqaüdə çıxmış və məktəbin tarixində özünə şərəfli yer qazanmış iki nəfər müəllim - qırx iki il 121 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışmış Nazlıxanım Dadaşova və 38 il tarix fənnini tədris etmiş Nadir İmanverdiyevlə dəyərli kollektiv üzvləri ürək sözləri ilə bölüşdülər. ATİAHİ-nin Xəzər rayon Komitəsi tərəfindən VIII Qrant müsabiqəsində qalib olmuş Turan Məcidova və riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Ülviyyə Pəncəliyeva qiymətli hədiyyələrlə mükafatlandırıldılar, fəxri diplomla təltif edildilər. Şagirdlərin qiraətində müəllim ömrü barədə  şeir nümunələri söylənilən tədbir maraqlı anlarla yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi