Vətən müharibəsinin şəhidlərinə həsr edilən Anım Günü ilə bağlı Dəyirmi masa təşkil edildi

Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Umarova 10 c sinif şagirdlərinin iştirakı ilə 2020-ci il sentyabrın 27-dən işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlanan Vətən müharibəsinin şəhidlərinə həsr edilən Anım Günü ilə bağlı Dəyirmi masa təşkil etdi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Müəllim Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq,mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyystı haqqında məlumat verdi.Daha sonra şagirdlərin təqdimatında qəhrəman oğullsrımızın xatirəsinə şagirdlərin özü tərəfindən yazılmış şeirlər və məlumatlar dinlənildi.
Sonda 27 Sentyabr Anım Günü ilə bağlı hazırlanmış videoçarxlara baxıldı.