Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Anım günü keçirildi

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Anım günü keçirildi. Bir dəqiqəlik sükutdan sonra məktəbin direktoru Zaur Yusifov vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman əsgərlərimizin döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli ordu quruculuğundan bəhs etdi. Anım günündə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildi.