"Anım günü" ilə əlaqədar olaraq Binə Şəhidlər Xiyabanına ziyarət təşkil olundu

"Anım günü" ilə əlaqədar olaraq Binə Şəhidlər Xiyabanına ziyarət təşkil olundu.Ziyarət tədbirində məktəbin tarix müəllimləri Sürəyya Bayramova,Könül Əliyeva və məktəbin yuxarı sinif şagirdləri iştirak etdi.Anım günü ilə əlaqədar Binə Şəhidlər Xiyabanına təşkil olunan ziyarət tədbiri ilk öncə şəhidlərin əziz xatirəsinin 1(bir) dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Daha sonra tarix müəllimi Əliyeva Könül 44 günlük zəfər müharibəsi haqqında şagirdlərə geniş məlumat verdi və bundan əlavə şəhidlik zirvəsinin müqəddəsliyi ilə bağlı fikirlərini şagirdlərə bildirdi.Bundan sonra şagirdlər də "Zəfər müharibə"si və "Anım günü "ilə əlaqədar öz fikirlərini qeyd etdilər.
Şəhidlər ölməz,Vətən bölünməz!!!