Cop 29- la əlaqədar məktəbimizin 9- cu sinif şagirdləri ekoloji mövzularda təqdimatlar hazırlayaraq çıxışlar etdilər

Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirindən biri olan Cop 29-a 2024- cü ildə ev sahibliyi etməsi, ümumtəhsil məktəblərində şagirdlərin bu istiqamətdə bir çox araşdırmalarına zəmin yaratmışdır. Cop 29- la əlaqədar məktəbimizin 9- cu sinif şagirdləri ekoloji mövzularda təqdimatlar hazırlayaraq çıxışlar etdilər. Təqdimatlarda Cop - un ilk dəfə 1995- ci ildə Berlin şəhərində keçirilməsindən danışıldı. Qlobal istiləşmə ilə əlaqədar məktəbin coğrafiya müəllimi Sevinc Kərimova və biologiya müəllimi Turan Məcidova şagirdlərlə təqdimat müzakirələri apardılar. Ekoloji problemlərin törətdiyi fəsadlara qarşı fikirlər səsləndirildi. Azərbaycan BMT- nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulması, gələcək ekoloji problemlərin qarşısını almasına dəstək olacaqdır.