2024-2025-ci tədris ilinin ilk dərs günü - Bilik günü qeyd edildi

    2024-2025-ci tədris ilinin ilk dərs günü - Bilik günü qeyd edildi. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin vətəndaşlara xidmət və sənədlərlə iş üzrə sektor müdiri Rəşad Xanlarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hüquq şöbəsinin müdiri Kamran Əliyev, Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Binə Qəsəbə Bələdiyyəsinin başçısı Habil Həmidov və bələdiyyə nümayəndəsi Ərəstun Əliyev, 121 №-li tam orta məktəbin İkinci Qarabağ müharibəsindəki şəhid məzunu Quluzadə Qurbanəlinin atası Elşad Quluzadə, şəhid anası Elmira xanım iştirak edirdilər. Bilik günü tədbirini giriş sözü ilə açıq elan edən məktəbin direktoru Zaur Yusifov elm və təhsil quruculuğundan bəhs etdi, ötən tədris ilində məktəbin qazandığı nailiyyətləri vurğuladı. Tədbirdə çıxış edən qonaqlar öz növbələrində pedaqoji kollektivi, şagirdləri təbrik etdilər, uğurlar arzuladılar. Tədbir şagirdlərin ifasında maraqlı kompozisiyalarla davam etdi. Bilik günü münasibətilə bütün təhsil ictimaiyyətini təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi