“Ümumdünya Mülki Müdafiə”günü keçirildi

1 mart 2017-ci il tarixində məktəbdə “Ümumdünya Mülki Müdafiə”gününə həsr edilmiş tədbirlər həyata keçirildi. Ümumdünya Mülki Müdafiə gününə təqdim olunan “Mülki Müdafiənin fəlakətlər zamanı rolu”mövzusu əsasında XI sinif şagirdləri ilə seminar , IX-X sinif şagirdləri ilə “Dəyirmi masa” keçirildi.Məktəbin hərbi rəhbəri Mahir Ağayev və MMQ rəisi Bayramova Həməşəxanım tərəfindən fövqəladə hallar zamanı fərdi mühafizə vasitələrindən istifadə qaydaları,sığınacaqlar və təbii fəlakətlər zamanı zədələnmə zamanı ilk tibbi yardım haqqında məlumatlar verdilər.Hərbi rəhbər XI sinif şagirdləri ilə hərbi çağırışa hazırlıq mərhələsində vacib olan təlimatlar barəsində söhbət apardı.Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin, hərbi işlə bağlı vərdişlərin həyata keçirilməsi, tədbirlərin təşkilinin düzgün qurulmasının vacibliyindən də geniş məlumatlar verdi.Milli Ordunun yaranması ,təşkili və möhkəmləndirilməsi, dövlətçiliyimiz baxımından əsas həlledici amillərdən biri olması vurğulandı. Müəllimlərin çıxışından sonra “Dəyirmi masa”da iştirak edən IX-X sinif şagirdləri “Ümumdünya Mülki Müdafiə”gününə hazırladıqları təqdimatları nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi