Məktəbimizdə “Son zəng” tədbiri keçirildi

Məktəbimizdə “Son zəng” tədbiri keçirildi.Tədbir Azərbaycan Dövlət bayrağının gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov məzunları Son zəng münasibətilə təbrik etdi, addımlayacaqları həyatda uğurlar arzuladı və builki buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərə Fəxri Fərmanlar təqdim etdi.
Şagirdlərin hazırladıqları musiqili-bədii çıxışlar maraqlı və yaddaqalan olmaqla yanaşı tədbir iştirakçılarına xoş təəssürat bağışladı. Yolunuz açıq olsun, əziz məzunlar!