Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.Tədbirdə məktəbin direktoru Zaur Yusifov, təlim tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova, Ceyhun Əskərov və 10-cu sinif şagirdləri iştirak etdilər.
Tədbir Azərbaycan respublikasının dövlət himninin oxunması ilə başladı.Məktəbin tarix müəllimi Nadir İmanverdiyev çıxış edərək AXC-nin yaranması və fəaluyyəti haqqında geniş məlumat verdi.Sonda Cümhuriyyətlə bağlı sənədli film nümayiş edildi.