28 May Müstəqillik Günü ilə əlaqədar olaraq məktəbimizin ibtidai sinif müəllimi Əhmədova Gülüs və rəhbərlik etdiyi 1d sinif şagirdləri tərəfindən tədbir təşkil edildi

    28 May - Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
   28 May Müstəqillik Günü ilə əlaqədar olaraq məktəbimizin ibtidai sinif müəllimi Əhmədova Gülüs və rəhbərlik etdiyi 1d sinif şagirdləri tərəfindən tədbir təşkil edildi.Sinif şagirdləri tədbirdə yüksək səviyyədə göstəriş nümayiş etdirdilər. Müxtəlif kompozisiyalar,rəqslər,şeirlər,mahnılar səsləndirildi.Ulu öndər Heydər Əliyevin bayraq haqqında söylədiyi kəlamı videoçarx şəklində qonaqlara nümayiş etdirildi.Şəhid Quluzadə Qurbanəlinin valideynləri tədbirimizdə iştirak etmişdir.Öz dəyərli fikirlərini bizimlə bölüşdü.Şagirdlər "Qarabağ Azərbaycandır!"şüarı ilə səhnəciklər göstərərək kiçik qəlblərində vətənə olan böyük sevgilərini göstərdilər. Bu günün anılması və belə qeyd edilməsi milli müstəqilliyimizə verilən dəyərdir.Ümid edirik ki,bu dəyəri neçə nəsil yaşadan körpə balalarımız olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi