“Yaşıl dünya naminə” rəsm sərgisi təşkil olundu

    Məktəbimizdə biologiya müəllimi İsgəndərova Lamiyənin təşkilatçılığı ilə “Yaşıl dünya naminə” rəsm sərgisi təşkil olundu.Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməyə həmişə hazır olduğunu, özünün, bilavasitə, qlobal ekoloji problemlərdən və ekosiddən əziyyət çəkdiyi halda belə məsələlərin yalnız planetar miqyasda həllinə çalışdığının əyani sübutudur. Bu qərar elə bir vacib zamanda verilmişdir ki, artıq ekoloji vəziyyət bəşəriyyətin müasir inkişaf mərhələsində onun varlığı üçün ən mühüm problem dərəcəsinə çatmış, yaşamaq üçün təkcə təmiz ərzaq məhsulları deyil, hətta təmiz hava, su belə ən qıt nemətə çevrilmişdir. Buna görə də insan ayağının dəydiyi hər yerdə müəyyən dərəcədə ekoloji böhranın mövcud olduğunu nəzərə alsaq, dünyada hər kəsin yaşıl gələcək üçün məsuliyyət daşıdığını göstərmək mümkündür.Təşkil olunmuş sərgidə məktəbimizin direktor müavini H.Bayramova və coğrafiya müəllimi S.Kərimova iştirak etmişdir. Sərginin sonunda şagirdlər sertifikatlarla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi