"Milli musiqi alətlərimiz - musiqi irsimizin daşıyıcısıdır"

27 fevral 2017-ci il tarixdə “Təhsili Dəyərə Çevirək“ devizi altında “Ekologiya və sağlamlıq” layihəsi çərçivəsində “Azərbaycan tarixi və etnoqrafiyası” aylığı ilə əlaqədar məktəbdə “Milli musiqi alətlərimiz - musiqi irsimizin daşıyıcısıdır” mövzusunda VII-IX sinif şagirdləri ilə birlikdə dəyirmi masa keçirildi. Musiqi müəllimi Məmmədova Gülnaz Azərbaycan xalqının milli musiqisindən,qədim folklorumuzdan ,qədim və müasir musiqi alətlərimizdən danışdı.Musiqi alətləri,xalq folkloru,xalq mahnıları ilə bağlı şagirdlərin hazırladıqları slayd nümayiş etdirildi.Tədbirdə direktor müavinləri,texnologiya və təsviri incəsənət fənn müəllimləri,VII-IX sinif şagirdləri iştirak edirdilər.Tədbirin sonunda musiqi istedadı olan şagirdlər tədbir iştirakçıları üçün müxtəlif müsiqi alətlərində ifalarını nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi