Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tərəfindən 7-ci siniflərin iştirakı ilə disput təşkil olundu

Bu gün məktəbimizdə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tərəfindən 7-ci siniflərin iştirakı ilə disput təşkil olundu.İlk öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olundu.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.