"Xocalısız - 25 il"

Azərbaycan Respublikası Təhsil nazirinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” 02.02.2017-ci il tarixli 71 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbdə bu gün bütün siniflərdə ilk dərslər Xocalı soyqırımına həsr edilmişdi. Müəllimlər 25 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366 - cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyib, tezliklə torpaqlarımızın güclü ordumuz tərəfindən azad olunacağını bildiriblər.Bu gün siniflər tərəfindən Xocalı soyqırımının 25-ci ildönümünə aid hazırlanan divar qəzetləri və bukletlər məktəbin foye və guşələrində nümayiş etdirildi . Sonda məktəbin akt zalında IV sinif şagirdlərinin iştirakı ilə hazırlanmış “Xocalısız -25 il “ adlı ədəbi bədii tədbir keçirildi. Tədbir Azərbaycan dövlət himni ilə başladıqdan sonra Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Xocalı faciəsi haqqında geniş məlumat verildi,şagirdlərin ifasında qısa səhnələr göstərilib bayatılar,şeirlər səsləndi.