NARKOMANİYAYA YOX DEYƏK!!!

    Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bununla bağlı olaraq, məktəbin akt zalında şagirdlər və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı mübarizə ilə bağlı  genişmiqyaslı görüş keçirildi. Görüş məktəbin direktoru Zaur Yusifovun çıxışı ilə başladı. Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə dokturu Afiq Qazıyev, Sistematika laboratoriyasının müdri biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov, elmi işçi Venera Əhmədova maarifləndirici çıxışları ilə vacib məqamları şagirdlərin diqqətinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi