“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dəyirmi masa təşkil edilmişdir

    Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli,3-29/3-145F/2024 nömrəli əmrinə əsasən məktəbimizdə Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar məktəbimizin coğrafiya müəllimi Kərimova S. dəyirmi masa təşkil etmişdir. Dəyirmi masada məktəbimizin T.T.İ üzrə d/m-ni Bayramova H.B ,fənn müəllimlərindən Həsənova K, Əzizova E, Müşəyeva A, Abdinov F və VIII sinif şagirdləridlər iştirak etdilər. Dəyirmi masada Təmiz ətraf mühit və yaşıl artım mövzusunda müzakirə aparıldı. Azad edilmiş torpaqlarımızda yaşıllıqların bərpası,ağıllı kəndlərin salınması,Yaşıl enerji,su ehtiyyatlarının qorunması istiqamətlərində görülən işlərdən danışıldı. 8-ci sinif şagirdlərindən Qəmbarova A, Aslanov Ə, Əhmədova A azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən danışdılar və ətraf mühitin qorunmasına dair öz fikirlərini irəli sürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi