Növbəti Pedaqoji Şura iclası keçirildi

    Növbəti Pedaqoji Şura iclası keçirildi. Məktəbin direktoru Zaur Yusifov gündəlikdə duran məsələləri şura iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi ki, birinci yarımildə dərslərin tədrisində, məktəbdaxili nizam-intizam məsələlərində, şagirdlərin intellektual yarışlarda iştirakında müəyyən nailiyyətlər, irəliləyişlər əldə edilmişdir. Müxtəlif fənlərdən istər BŞTİ tərəfindən, istərsə də məktəb rəhbərliyi tərəfindən keçirilmiş monitorinqlərin ətraflı təhlilləri aparılmışdır və bu məsələ məqsədyönlü şəkildə davam etdirilir. İclasa çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova, Bahar Ələkbərova, Ceyhun Əsgərov müvafiq məsələlər barəsində məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi