Dəyirmi masa keçirildi

    Məktəbin texnologiya müəllimi Ləman Qəhrəmanova 5 və 6-cı sinif şagirdləri ilə “Fast-fud” və ya “əlüstü yemək” insan orqanizminə zərərləri mövzusunda dəyirmi masa təşkil etdi.

    Şagirdlərə bu cür qidaların orqanizmə zərərləri haqqında məlumatlar verildi. Müəllim bildirdi ki, qamburger, hot-doq, dönər, şaurma, ponçik və bu kimi tez hazırlanan digər qida növləri təkrar yağlarda qızardıldığı üçün bu qidaları tez-tez qəbul etdikdə qarında ağrılar, həzm pozuntusu kimi problemlər yaranır. Bunlardan əlavə fri-kartof, kartof çipsləri, qazlaşdırılmış şirin sular, kolbasa və sosiska, jelebonlar,popkorn kimi əlavə qidalar da orqanizm üçün zərərlidir.

    Mütəxəssislər tərkibində E621, E951, E211, E133, E213 və E151 əlavələri olan qidaların istifadəsindən xüsusilə çəkinməyi tovsiyyə edir.

    Zərərli qidalar insan orqanizminə tədricən ziyan vurmaqla ilk növbədə artıq çəkiyə və piylənməyə, mədə-bağırsaq və ürək damar sisteminin xəstəliklərinə, qaraciyər və böyrəklərin toksiki zədələnmələrinə, şəkərli diabetə gətirib çıxara bilir.

     Sağlam və uzun ömür yaşamaq üçün fast-fud yeməklərindən və zərərli qidalardan uzaq olmaq azımdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi