Dəyirmi masa keçirildi

  "Kiçik Akademiya" nın tədbirlər planına əsasən Aprel hadisələrinin səkkizinci il dönümü ilə əlaqədar məktəbin 7-9 cu sinif şagirdlərinin bir neçə müəllimin və tarix müəllimi Sürayə Bayramovanın rəhbərliyi ilə"Dəyirmi masa " keçirildi.Tədbir ilk öncə Azərbaycan Dövlət Himnin səslənməsi ilə başladı.Daha sonra Aprel döyüşlərində və vətənimizin azadlığı uğrunda  canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edildi.Tədbiri təşkil edən Tarix müəllimi Sürayə Bayramova Aprel hadisələri  və şəhidlər haqqında geniş məlumat verdi.2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
    Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
    Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu.Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Sonra şagirdlər topladıqları məlumatlarla çıxış etdilər. Sonra döyüşlərlə bağlı video çarx izləndi.
ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi