Dəyirmi masa keçirildi

    Mart ayının 31-də tarix müəllimi Nadir İmanverdiyev 10-cu sinif şagirdləri i,eləcə də məktəbin Təlim- tərbiyə  işləri üzrə dərs hissə müdirləri Həmişəxanım Bayramova və Ceyhun Əsgərovla birgə "Dəyirmi masa" təşkil etdi.

       Tədbiri çıxış sözü ilə açan Nadir müəllim qeyd etdi ki,son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı,faciələr və soyqırımlar,müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır.O,Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddqşını silməyə amansız cəhdlər göstərilsə də,bunun mümkün olmadığını,həqiqətin gec də olsa üzə çıxdığını söylədi.

    Sonda tədbir iştirakçıları 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımını əks etdirən sənədli filmə baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi