Təbiəti qoruyaq mövzusunda məşğələ keçirildi

    Coğrafiya müəllimi Abdinov Fərid tərəfindən 9-cu sinif şagirdləri ilə ətraf mühitin qorunması ilə əlaqədar məşğələ keçirildi. Məşğələ zamanı şagirdlərlə torpaq, su və atmosferin ekoloji vəziyyəti və insanın ətraf mühitə təsiri haqqında fikir mübadiləsi aparıldı. Mətn və statistik göstəriciləri əks etdirən qrafik təsvirlər vasitəsi ilə məlumat verildi. Şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti və yolları aşılandı. Şagirdlərdən Abdullayeva Zeynəb suyun, Abdullayeva Günel torpağın, Camalov Elnur isə atmosferin qorunmasının əhəmiyyətini şərh etdi. Məşğələ prosesində məktəbin direktor müavini Bayramova Həməşəxanım və təbiət fənləri üzrə metodbirləşmə rəhbəri Kərimova Sevinc iştirak edərək öz fikir və tövsiyələrini şagirdlərlə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi