"Azərbaycan tarixi və etnoqrafiyası” adlı dəyirmi masa keçirildi

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Mədəniyyət və İncəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda tədbirlər planına uyğun olaraq 22 fevral 2017-ci il məktəbdə "Azərbaycan tarixi və etnoqrafiyası” adlı dəyirmi masa keçirildi. Tədbirdə direktor müavini Həməşəxanım Bayramova,tarix fənn metodbirləşmə sədri Şahnaz Dadaşova,müəllimlər Sevinc Kərimova, Bənövşə Bayramova və VIII - X sinif şagirdləri iştirak etmişlər. Şagirdlərdən Məlikzadə Firuzə ,Əliyev Həsən, Talıbov Əlihüseyn , Mövludlu Əflatun , Qarayeva Şəfa, Əhmədova Gülgəz xalqımızın özünəməxsus tarixi, arxeologiya və etnoqrafiyası haqqında maraqlı məlumatlarla çıxış etdilər. Azərbaycan qalaları , türbələr, misgərlik nümunələri , milli geyimlərə aid araşdırmalar şagirdlərin marağına səbəb oldu. Davudov Məmmədəli,Əlizadə Qurban, Nəcəfli Vahidə , Əliyeva Nailə Azərbaycan xalçaları ,tikmə sənəti , həsirlərlə bağlı hazırladıqları təqdimatı nümayiş etdirdilər. Tarix müəllimi Dadaşova Şahnaz Prezidentimizin xalqımızın maddi və mənəvi mədəniyyətinin qorunmasına, inkişafına və təbliğinə yüksək diqqətini vurğuladı. Buna bariz nümunə olaraq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2008- ci il 11 iyul tarixli sərəncamı ilə Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında məlumat verdi. Tariximizin zənginliyi, adət - ənənələri, şifahi xalq ədəbiyyatı nümunələri əsrlər boyu tarixin sınaqlarından keçərək bizə gəlib çatmasını qeyd etdi. VIII sinif şagirdi Əsgərov İbrahimin mövzu ilə bağlı hazırladığı slayd nümayiş etdirildi . Sonda Şahnaz Dadaşova bildirdi ki, tariximizi , vətənimizi sevmək, işgal altında qalan tarixi abidələrimizə və dəyərlərimizə sahib çıxmaq , gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi