Şagirdlər Qədim Azərbaycan albomu hazırladı

“Mədəniyyət və incəsənət,Azərbaycan tarixi və etnoqrafiyası”mövzusu ilə bağlı məktəbin tarix müəllimi Vəsilə Əliyevanın rəhbərliyi ilə VI-IX sinif şagirdlərinin birgə əməyi nəticəsində “Qədim Azərbaycan” albomu hazırlandı. Albom əsasən dörd hissədən ibarət olmaqla tərtib edilmişdir.”Dulusçuluq” başlığı altında bölmədə qədim dulusçuluğa aid küplər,qablar və onların üzərində yazılar öz əksini tapmışdır.“Misgərlik” bölmündə qədim qablar,pullar,silah,kəmər,samovar,sini təsvirləri yerləşdirilmişdir.“Milli geyimlər”bölməsində qədim Azərbaycan xalqının milliliyini bildirən baş örtükləri,kəlağaye,araxçın,arxalıq və milli geyimlər əks olunmuşdur.“Xalçaçılıq” bölmündə qədim kilim,həsir,palaz,xalçalar,əl işləmələri əks olunmuşdur.Albomun hazırlanmasında fəal olan Minayə Salahova,Gülçin Seyidova,Həmidə İsazadə,Emin Quliyev,Gövhər Babazadə,İnci Kəngərli,Ayaz İsmayılzadə,Aytən Haşımova,Fidan Əliyeva və Fatimə Kərimli albomun daha da zənginləşdirilməsi, yeni materialların toplanmasına,axtarışına davam edəcəklərini bildirdilər.Şagirdlərin böyük həvəslə albomun hazırlanmasında iştirak etmələri onların Azərbaycan tarixini, etnoqrafiyasını,milli dəyərləri,adət-ənənələrini daha dərindən öyrənilməsinə kömək etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi