“Ana dilimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirildi

21 fevral 2017-ci il tarixində Ə.Quliyev adına 121 N-li tam orta məktəbdə Beynəlxalq Ana dili Günü münasibəti ilə “Ana dilimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə iştirak edən VIII sinif şagirdləri Əlizadə Zenfira ,Mirzəyeva Şərqiyyə,Məlikzadə Firuzə, Əkbərova Xanımana, VII sinif şagirdləri Atazadə Esmira,Cəlilova Azadə,Məmmədova Zərnişan dillə bağlı şeirlər söyləmiş, X sinif şagirdləri Davudova Nigar və Möhsünova Nərgiz müasir gənclərin dilə münasibəti ilə bağlı öz fikirlərini bildirmişlər.Dilimizin qədimliyi və zənginliyi haqqında ədəbiyyat müəllimi Səlimova Əzizə şagirdlərə bu dili sevməyi, qorumağı hər birimizin şərəfli işi və borcu olduğunu söylədi.Bizə ərmağan olan bu dili biz də gələcək nəsillərə çatdırmalıyıq.Sonda şagirdlər atalar sözləri və dahi şəxslərin dil haqqında söylədiyi fikirləri səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi