Şagirdlərin Zirə Ekoloji parka ekskursiyası

2016-2017 dərs ilində “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində fevral ayında “Mədəniyyət və İncəsənət”, “Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında məktəbdə tədbirlər həyata keçirilir. Bu məqsədlə 20 fevral 2017-ci il tarixdə VI-VII sinif şagirdləri Zirə Ekoloji parkına ekskursiya etmişlər. Orada şagirdlər Azərbaycan xalqının qədim xalçaları və milli arnamentləri ilə tanış olmuşlar.Zirə Ekoloji parkın bələdçisi qədim xalçaların növləri, toxunma tarixi, çeşidləri, toxuma dəzgahları haqqında məlumat vermişdir. Azərbaycan xəritəsinin xalçada əks olunması şagirdlərin daha çox marağına səbəb olmuşdur. At maketi üzərində xalça, yəhər şagirdlərin diqqətini xüsusilə cəlb etmişdir. Orada şagirdlər rəssamlıq,dərzilik sənətinin inciləri ilə,4000 kitabı olan kitabxananın fəaliyyəti ilə tanış olmuşlar. Zirə Ekoloji parkın bələdçisi şagirdlərlə sual-cavabdan məmnun qalmış və şagirdlərimizə xüsusi təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi