5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Xəzər rayonu zonalararası voleybol yarışı təşkil olunmuşdur

    Xəzər rayonu Binə qəsəbəsi Ə. Quliyev adına 121nömrəli tam orta məktəbdə Gənclər və  İdman nazirliyinin Xəzər rayon Gənclər və İdman sektorunun və Xəzər rayonu 121 nömrəli tam orta məktəbin 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Xəzər rayonu zonalararası voleybol yarışı təşkil olunmuşdur. Yarışda Gənclər və İdman sektorunun nümayəndələri Əli Məlikov  və Pərvanə Əliyeva iştirak etdilər.
Yarışın açılışını edən 121 nömrəli məktəbin direktoru Zaur Yusifov və 149 nömrəli məktəbin direktoru Rəhilə Baxşıyeva idmançılara uğurlar arzuladılar. Kişilərin yarışında 
I yerə Binə zonası  , II yerə Buzovna zonası, III yerə Zirə zonası layiq görülmüşdür. 
Qadınların yarışında I yerə Binə zonası, II Buzovna zonası, II Binə-2 komandası layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi