"İdmançıların yarışa hazırlığının psixoloji yanaşması"

İdman psixologiyası,psixologiya eliminin idman sahələrindəki ruhi-psixi-emosional mexanizmlərin mövcudluğunu və vəziyyətini araşdıran psixologiya sahəsidir .
Sadə insanla , idmançının psixologiyası fərqlidir.Onlar hər zaman ən yaxşı, birinci olmağa çalışırlar.Həmin şəxslər daima qalib ruhda formalaşırlar deyə,bəzən kiçik uğursuzluqları qəbul etmək onlar üçün çətin olur .Yarışlara hazırlıq zamanı psixoloji dəstək çox önəmli olduğu səbəbindən məktəbin psixoloqu Samirə Rzayeva məktəbin V- VI ci siniflərindəki idmançı şagirdlər ilə psixoprofilaktik iş həyata keçirdi.Psixoloq şagirdlərə yüksək motivasiya yaradaraq onları məqsədlərinə nail olmaları üçün bir sıra məsləhətlər verdi.