Mülki müdafiə qərargahının rəisi Həməşəxanım Bayramova, müəllim kollektivi və şagirdlərin iştirakı ilə maarifləndirici seminar keçirtdi

1 Mart “Ümumdünya Mülki Müdafiə Günü”dür. Mülki Müdafiə - dinc və ya müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanı ilə “Mülki Müdafiə Haqqında Qanun” əsasnaməsinin yaradılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı ilə ölkədə əhalinin mühafizəsi möhkəmləndirilmişdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin uzaqgörənliyi ilə Fövqəladə Hallar Nazirliyi yaranmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri dəqiq müəyyən edilmişdir.
Bununla əlaqədar olaraq məktəbin akt zalında Mülki müdafiə qərargahının rəisi Həməşəxanım Bayramova, müəllim kollektivi və şagirdlərin iştirakı ilə maarifləndirici seminar keçirtdi. Seminarda fövqalada halların baş vermə səbəbləri haqqında video roliklər nümayış etdirildi. Zəlzələ və yanğınlar baş verən zaman ilk olaraq şagirdlər bir- birilərinə mane olmadan binadan təxliyə olunması haqqında məlumatlarla tanış oldular. Zəlzələ və yanğının insanların sağlamlığına göstərdiyi mənfi təsirlərindən məlumat verildi. Zərərçəkənlərə yardım etmək üçün ilk tibbi yardımın göstərilməsi haqqında ətraflı məlumatlar seminarda iştirak edən kollektivin diqqətinə çatdırıldı.