VII Qrant  müsabiqəsinin qalibi, Şixamir Qurbanovun  "Təhlükəsizliyimizin Keşiyində" layihəsi üzrə  tədbirlər çərçivəsində 1 Mart Mülki Müdafiə Gününə həsr edilmiş məktəbdaxili tədbir  keçirtdi

    Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant  müsabiqəsinin qalibi, Şixamir Qurbanovun  "Təhlükəsizliyimizin Keşiyində" layihəsi üzrə  tədbirlər çərçivəsində 1 Mart Mülki Müdafiə Gününə həsr edilmiş məktəbdaxili tədbir  keçirtdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Fövqəladə Hallar Nazirliyinin əsgəri, Vətən Müharibəsi şəhidi Rəşad Şəfiyevin şəkli şagirdlər tərəfindən zala gətirildi .
       Tədbiri məktəbimizin direktoru, eləcə də məktəbin mülki müdafiə rəhbəri olan Zaur Yusifov açıq elan etdi. Təhlükəsizliyimizin həyatımızdakı rolunun vacibliyi diqqətə çatdırdı. Sonra söz təlim- tərbiyə işləri üzrə direktor müavini və məktəbin mülki müdafiə qərargah rəisi Həməşəxanım Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı, şagirdlərə uğurlar arzuladı.  Təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov da öz növbəsində layihə rəhbərinə, şagirdlərə uğurlar arzuladı, hər birinin Vətənə və millətə layiq bir vətəndaş kimi böyümələrinin vacibliyini bildirdi. Tədbirdə Vətən Müharibəsi qazisi "Təhlükəsizliyimizin Keşiyində" layihəsinin eksperti Polkovnik Seymur Bilalov,  layihə üzrə təlimçi Tural Müslümov, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov iştirak etdi. Şixamir Qurbanov yanğın zamanı ilk tibbi yardım qaydalarını praktik olaraq şagirdlərə öyrətdi. Həmin situasiya əyani göstərildi. Tədbir şagirdlərin ifa etdikləri Fövqəladə Hallar Nazirliyin marşı, şeirlər ilə davam etdi, sonda şagirdlər öz müsbət  təəssüratlarını bölüşdülər, fərqlənən iştirakçılara təşəkkürnamələr təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi