2a sinfində "İsgəndər "mövzusuna uyğun nümunəvi dərs keçirildi

Bildiyiniz kimi fevral ayının 21-də Beynəlxalq Ana dili Günü qeyd edilir. Bu günün yüksəkliyini üstün tutaraq fevral ayı çərçivəsində Azərbaycan dili fənnindən ardıcıl olaraq nümunəvi dərslər təşkil edilmişdir. 2a sinfində "İsgəndər "mövzusuna uyğun nümunəvi dərs keçirildi. Sinif rəhbəri Məmmədova Vüsalə tərəfindən təşkil edilmiş açıq dərsdə məktəb rəhbərliyi də iştirak etdi.Dərsin gedişi zamanı şagirdlər fərdi və qrup işlərində aktiv iştirak etdilər. Nümunəvi dərs məktəb rəhbərliyi tərəfindən müzakirə edildi. Müsbət fikirlər və tövsiyələr bildirildi.