İbtidai sinif müəllimləri və şagirdləri "Nağıllar aləmində" adlı tədbir təşkil etdilər

    Tədris ili ərzində məktəbimizdə keçirilən xüsusi tədbirlərdə öz fəallığı ilə seçilən ibtidai sinif şagirdləri bu dəfə də diqqəti cəlb etməyi bacardılar.Belə ki, bütün ibtidai sinifləri "Nağıllar aləmində" adlı tədbirini təşkil etdilər.Tədbirin yaradıcısı ibtidai sinif müəllimi olan Mürsəlova Könül müəllimə idi.Uşaqların rəngarəng çıxışları olduqca maraqlı idi.İki saata yaxın bir müddət ərzində göstərilən bütün çıxışlar bizləri nağıllar aləminə qonaq etdi.Nağıl personajların ifasını ,uşaqların yaradıcı fəallığının bir nümunəsi hesab etmək olar.Tez bir zamanda belə gözəl çıxışlar uşaqların dünyasının nə qədər böyük olduğundan xəbər verir.Nağıl qəhrəmanlarının bizlərə bəxş  etdiyi dəyərli fikirlər uşaqların surətində öz əksini tapdı.İstər Azərbaycan Xalq nağılları, istərsə də dünya xalqlarının nağıllarında seçilmiş obrazlar azyaşlı şagirdlərin ifasında öz real təsdiqini tapdı.Nağıllar daxili dünyamızın bəzəyidir.Sehrli, bir o qədər də fərqli olan bu aləmin qəhrəmanları, bizləri keçmişə aparmaqla yanaşı ,gələcəyə də aparır.Tədbir iştirakçılarının çıxışları bizləri bu aləmə səyahət etdirdi.Bu tədbirdəki çıxışları tamaşaçı qismində seyr edən isə biz müəllimlər olduq.Tədbirin sonunda sinif müəllimləri ilə yanaşı digər fənn müəllimləri və məktəb rəhbərliyi çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi