Xocalı qurbanları yad edildi

    Bu gün məktəbimizdə Tarix müəllimləri K.Əliyeva Ş.Dadaşova,təlim-tərbiyə işləri üzrə direktor müavini E.Kərimova və Uşaq Birliyi Rəhbəri S.Əliyevanın təşkilatçılığı ilə "Xocalı faciəsinin 32-ci ildönümü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir Dövlət Himnimizin səslənməsi ilə başladı.Daha sonra Xocalı faciəsində amansızcasına qətlə yetirilən günahsız sakinlərimizin və şəhidlərimizin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbimizin direktoru Zaur Yusifov çıxış edərək,Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu və heç bir zaman unudulmayacağını vurğuladı.Xocalı soyqırımının tarixi faktları haqqında məktəbimizin tarix müəllimi Dadaşova Şahnaz çıxış edərək tədbir iştirakçılarına geniş məlumat verdi.Xocalı faciəsinin tarixi faktlarını özündə əks etdirən videoçarx nümayiş edildi.Daha sonra məktəbimizin şagirləri Xocalı faciəsinə həsr olunmuş şeir parçalarını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi