Dəyirmi masa keçirildi

    Tarix müəllimi Nadir İmanverdiyevin rəhbərliyi altında məktəbin 10b sinif şagirdləri ilə birgə "Xocalı soyqırımını unutma" adlı dəyirmi masa təşkil olundu.Tədbiri çıxış sözü ilə açan Nadir müəllim Xocalı faciəsinin xalqın yaddaşında buraxdığı dərin yaraların unudulmayacağını, Xocalının keçmişi və bu günü, müzəffər ordumuzun bizlərə nəsib etdiyi böyük qayıdış haqqında məlumat verdi.Daha sonra çıxış üçün sözü TTİ üzrə direktor müavini  Həmişəxanım Bayramova və TTİ üzrə direktor müavini  Ceyhun Əsgərova, sonra isə məktəbin kitabxana müdiri Gülnarə İmanverdiyevaya söz verildi.Həmçinin tədbirdə şagirdlər də öz fikrini bildirdi.Sonda Xocalı faciəsi ilə bağlı qısa metrajlı sənədli film izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi