Məktəbəhazırlıq qrupları ilə tədbir keçirildi
20 fevral 2017-ci il tarixdə məktəbin kitabxanasında "Kitab-xəzinədir,kitabxana onun açarı" mövzusunda tədbir keçirildi.Tədbirdə məktəb kitabxanasının fəal oxucuları olan VII sinif şagirdləri ilə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar iştirak edirdi.Tədbirin məqsədi məktəbin birinciləri olacaq azyaşlılar arasında mütaliə mədəniyyətinin yaradılması,onların bədii ədəbiyyata,kitablara olan meyl və maraqlarının artırılması,gələcəkdə kitabxanadan istifadə qaydalarının aşılanmasından ibarət idi.Məktəbin kitabxanaçıları Gülnarə İmamverdiyeva və Minayə Qasımova şagirdlərə Azərbaycanda kitabxanaların yaranma tarixindən,məktəb kitabxanasından istifadə qaydalarından geniş məlumat verdi.Məktəb kitabxanasının fəal üzvləri olan Esmira Atazadə,Zərnişan Məmmədova,İlahə Talıbova,Səbuhi Abdullazadə,Ləman Qasımova,Tənzilə Abbaslı və Məlahət Quliyeva məktəbəhazırlıq qruplarında təhsil alan və gələcəyin birinciləri olacaq uşaqlarda kitabxanaya marağın artırılması,onların mütaliə səviyyəsinin yüksəldilməsi,kitab və bədii ədəbiyyat seçimində daima onlara kömək edəcəylərini bildirdilər və I sinifdən həmin şagirdlərə hamilik etmək qərarını verdilər.Sonda məktəbəhazırlıq qrupunun şagirdləri öyrəndikləri şeir və nağılları nümayiş etdirdilər.