"Kimyadan bir inciyik' adlı Breyn Rinq yarışı keçirilmişdir

Məktəbin Kimya müəllimi Aliyə Müşəyevanın rəhbərliyi və Metod birləşmə sədri S.Hüseynovanın iştirakı ilə 7-ci siniflər arasında 'Kimyadan bir inciyik' adlı Breyn Rinq yarışı keçirilmişdir.
Yarışda yarımil ərzində yüksək naliyyət əldə etmiş şagirdlər iştirak etmişlər.7 ci siniflərdən ibarət 6 komanda :1.Elementlər 2.Reaksiyalar 3.Atomlar 4.Molekullar 5.Valentlər 6.Kimyaçılar iştirak etmişdir.
Yarışın məqsədi şagirdlərin Kimya fənninə olan həvəs və marağını artıtaraq,şagirdlər arasında əməkdaşlığın,şagird-şagird münasibətlərinin inkişafının təmin edilməsidir.
Yarışda iştirak edən 7-ci siniflər arasında 7c sinifi(Valentlər komandası) I yerə,7g və 7d sinifi(Reaksiyalar komandası) II yerə,7b sinifi(Elementlər komandası) isə III yerə laiq görülmüşdür.